Gəncədə gənc qadın bacısı qızı ilə birgə itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1986-cı ildə Ukraynanın Dnepropetrovsk vilayətində anadan olmuş Əsmər Əsgərova bu il avqustun 21-də saat 12.00 radələrində bacısı qızı, 2010-cu il təvəllüdlü Aişən Əsgərovanı yaşadığı evdən özü ilə götürərək naməlum istiqamətdə gedib.
Əsmər Əsgərovanın xarakterik əlamətləri belədir: boyu 165 sm, orta bədən ölçülü, saçları və gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara şalvar, narıncı rəngli kofta, başında ağ şal, ayağında qara səndəl olub.
Aişən Əsgərovanın boyu 95 sm, arıq bədən quruluşlu, saçı və gözlərinin rəngi qaradır. Onun qabaq üst dişləri yoxdu. Evdən çıxarkən gözündə eynək, əynində ağ rəngli don və ağ ayaqqabı olub.
İtkin düşmüş Əsmər Əsgərovanı və 5 yaşlı bacısı qızı Aişəni görənlərdən və ya itkin düşən hər iki şəxs barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin, 022-256-07-73, 022-256-52-19, (055) 268-06-11, (050) 327-58-50 nömrəli şəhər və mobil telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL