Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilən Yaşar Əbdülrəhimov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vətəninfo.az-ın Lent.az-a istinadla məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxsin əvvəllərdə şərti məhkumluğu üzərindən götürülərək cəzaları topalanıb və qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dələduzluq hadisəsi Sunqayıtda baş verib. Yaşar Əbrülrəhimov sosial şəbəkədə tanış olduğu Nigarı (ad şərtidir) çılpaq şəkillərini yayacağı ilə şantaj edib. O, Nigardan 200 manat, briliant üzük və s. götürüb. Ümumilikdə 12350 manat ziyan vurub. O, qızıl-zinət əşyalarını lombarda qoyub. Y. Əbdülrəhmənov Nigara pulu qaytaracağını bildirsə də, qaytarmayıb. Qadın bununla bağlı polisə müraciət edib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Y. Əbdülrəhmənov saxlanılıb.
Yaşar Əbdürəhimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər də dələduzluq əməlinə görə məhkumluq yaşayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL