"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb


Türkiyənin "Qalatasaray" klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç ölü halda tapılıb. "Report"un məlumatına görə, 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.

Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Ölünün üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun cənazəsi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, "Qalatasaray" klubu 51 yaşlı Zafer Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub. Z.Koç klubun aşağı yaş qrupları üzrə komandasında Arda Turan, Aydın Yılmaz, Mehmet Güven, Uğur Açar və Fərhat Öztorun kimi futbolçulara məşqçilik edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az