Ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə yerləşən qalmaqallı rusiyalı milyarder German Sterliqovun Dağlıq Qarabağda qaldığı otelləri tez-tez dəyişdiyi məlum olub.
RSN agentliyi biznesmenin iyunun 23-də Şuşadakı "Shoushi Grand Hotel” otelinə daxil olduğunu müəyyən edib.
Həmin oteldə nömrələrin qiyməti 150 dollara yaxındır. Sterliqov iyunun 28-nədək bu oteldə qalıb, daha sonra oranı tərk edib.
Şuşadakı” Avan Shoushi Plaza” otelinə yerləşən Sterliqov orada cəmi 4 gün qalıb və iyulun 1-də oteli tərk edib. Bu oteldə nömrələrin qiyməti 100 dollara yaxındır. "Avan Shoushi Plaza” otelindəki mənbələr deyiblər ki, Sterloqov oteli tərk etsə də hələ də Şuşadadır. Lakin qaldığı yer məlum deyil.
Xəbər verdiyimiz kimi, Sterliqov təxminən 20 gün əvvəl Moskva ətrafındakı malikanəsini tərk edib və Dağlıq Qarabağa köçüb. Onun köməkçisi biznesmenin "kifayət qədər ciddi səbəblərə görə” Rusiyanı tərk etdiyini deyib.
Sterliqovun adı rus millətçilərin BORN adlı silahlı təşkilatına dair cinayət işində keçir. Onun həmin təşkilatın sponsoru və yaradıcılarından biri olduğuna dair məlumatlar var. Sterliqov iyulun 13-də Şuşada mətbuat konfransı keçirməyə hazırlaşır.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL