Qarabağda Ombudsman mərkəzi açılsın! - Zahid Oruc

Qarabağda Ombudsman mərkəzi açılsın! - Zahid Oruc
Qarabağda Ombudsman mərkəzinin açılması məsələsinə yenidən qayıtmalıyıq. 

Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 
O qeyd edib ki, artıq "özünü ləğv edən” separatçı qurumun "Ombudsmanı” süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar tirajlayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidentinə separatçı rəhbərlərlə bağlı müraciət etmişdi".

Zahid Oruc Ombudsman Aparatının Gəncə, Şəki, Quba və Cəlilabadda 4 regional mərkəzinin olduğunu və tez bir zamanda 5-ci regional mərkəzin Qarabağda açılacağı barədə məlumatını xatırladıb

"Bu Qarabağ bölgəsində konstitutsional hüquqi əsaslı regional Ombudsman Mərkəzinin açılması saxta "ombudsmanlara” cavab olardı”, o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az