Qarabağda təxribat: bayrağımız hədəf alındı - Video

Qarabağda təxribat: bayrağımız hədəf alındı - Video

Bu gün Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

Miq.Az Modern.az-a istinadən xəbər verir ki, Ağdamın Şahbulaz adlanan ərazisində baş tutan təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atıb.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi və s. izləyib.

Təlimlərin Azərbaycan Milli Ordu Gününün qeyd edildiyi vaxtda təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az