“Qarabağ”ın və “Qəbələ”nin rəqibləri məlum oldu
Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək "Qarabağ” və "Qəbələ” klublarının rəqibləri məlum olub.
Miq.az xəbər verir ki, "C” qrupunda yer almış "Qəbələ” komandasının rəqibləri Belçikanın "Anderlext”, Fransanın "Sent-Etyen” və Almaniyanın "Maynts” klubları olacaq.
"J” qrupunda yarışacaq "Qarabağ” isə İtaliyanın "Fiorentina”, Yunanıstanın PAOK və Çexiyanın "Liberets” klubları ilə pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq.
Miq.az