Kyodo informasiya agentliyinin verdiyi məlumata görə, Okinava prefekturasında güclü "Qoni” qasırğası nəticəsində beş nəfər xəsarət alıb.
Ötən gecə Okinava prefekturasının İsiqaki adasında küləyin sürəti rekord həddə - saniyədə 71 metrə çatıb. Şüşə qırıntıları və yıxılma nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Küləyin aşırdığı avtomobillər və kökündən çıxardığı ağaclar barədə də məlumatlar var.
Okinava mətbuatının yaydığı məlumata görə, tufan iki kiçik gəmini də batırıb. Bunlardan biri balıqçı barkası, digəri isə üzgüçülük üçün katerdi. Hadisədən zərər çəkən olmayıb. Bəzi yerlərdə elektrik xətlərinin qırıldığı, işıqforların işləmədiyi bildirilir.
Okinavanın ən böyük şəhəri olan Nahedə yapon aviaşirkətləri 111 reysi təxirə salıblar.
Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumatda avqustun 25-də səhər "Qoni”nin Kyuşü adasına çatacağı bildirilir. Tufanın güclü külək və 9-12 metr hündürlüyündə dalağalar gətirəcəyi gözlənilir.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL