"Qəbələ"nin oyunu təxirə salındı

Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
 
Sportal.az xəbər verir ki, klub pley-off mərhələsinin "Maribor”la cavab oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turunda keçirilməli olan "Sumqayıt”la matçın təxirə salınmasını istəyib.  "
 
Qəbələ"nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup  mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL "Sumqayıt” klubunun razılığına əsasən aşağıdakı qərarı qəbul edib: Premyer Liqanın 3-cü turunun "Qəbələ” – "Sumqayıt” matçı 21.08.2016-cı il tarixdən başqa tarixə keçirilsin.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az