Premyera bu ilin aprel-may aylarında Vilnüsda keçiriləcək
Litva Dövlət Rus Dram Teatrında Nizami Gəncəvinin eyni adlı əsəri əsasında "7 gözəl" tamaşası səhnəyə qoyulur. Tamaşanın quruluşçu rejissoru Yonas Vaytkusdur. Tamaşadakı rəqslərə və plastikaya quruluş vermək üçün Azərbaycanın tanınmış rəqqas-xoreoqrafı, "Big apple music awards 2014" mükafatının sahibi Tahir Eynullayev Litvanın Mədəniyyət Nazirliyi tərəfindən rəsmi dəvət alıb. Bu məqsədlə o, mart ayında Litvaya yola düşəcək. Tamaşanın premyerası bu ilin aprel-may aylarında Vilnüsda keçiriləcək. Bu barədə məlumatı Vətəninfo.az-a açıqlamasında Tahir Eynullayev verib.
Xatırladaq ki, 2012-cü ilin noyabr ayında Bakıya dəvət olunmuş Yonas Vaytkus həmin tamaşanı Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qoymuşdu. Tamaşanın xoreoqrafı Tahir Eynullayev idi.


Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR