"Avropa Oyunları Azərbaycanın Olimpiya Oyunlarına hazırlığını göstərməsi üçün yaxşı fürsətdir"
"Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə olimpiya oyunlarına aparan yoldur".
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazirin sözlərinə görə, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib: "Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda "Formula 1" yarışı da keçiriləcək.
İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək.
Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL