Serj Sarkisyan: "Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidir""Bəzi türklər və azərbaycanlılar bəzi ermənilərdən daha ləyaqətlidirlər".
"Report" "Kavkazskiy uzel"ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mediaforum zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib.
"Bizim çətin tarixi dönəmlərimizdə çox hallar olub ki, bəzi türklər və azərbaycanlılar özlərini bəzi ermənilərdən daha ləyaqətli aparıblar. Tarixdə belə faktlar çoxdur. Bu çox mühüm amildir". Qeyd edək ki, 18-23 mart tarixlərində keçirilən mediaforumun əsas mövzusu qondarma erməni soyqırımıdır.
Söhbət zamanı Ermənistan-Türkiyə protokollarına toxunan Serj Sarkisyan, onların parlamentdən geri götürülməsinin hələ son olmadığını bildirib:
"Mən protokolları parlamentdən geri götürmək qərarına gəldim. Lakin bu o demək deyil ki, biz Türkiyə ilə mümkün barışıqdan imtina edirik".
O bildirib ki, protokollar əsasən Azərbaycan amili səbəbindən təsdiq edilməyib:
"Mən əminəm ki, Azərbaycan amili olmasaydı, protokollar artıq çoxdan imzalanmışdı".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR