“Bakı-2015” ilk Avropa Oyunlarının qızıl və gümüş medalçısı, avstriyalı üzgücü Karoline Pilhaç yarışların yüksək səviyyədə təşkil edildiyini deyib. O, Avropa Oyunlarında əldə etdiyi nəticələrdən razı qaldığını bildirib: “Heç gözləməzdim ki, vətənimə bir qızıl və bir gümüş medalla qayıda biləcəyəm. Yarışlar mənim üçün çox uğurlu keçdi. Üzgüçülük yarışlarının keçirildiyi idman arenası və ümumi ab-hava möhtəşəm idi. Bakını hər zaman xatırlayacağam”.
Avstriyanın Ştiriya əyalətindən olan 16 yaşlı Karoline Pilhaç “Bakı-2015”də 50 metr arxa üstə üzgüçülük yarışlarında qızıl, 50 metr baterflyat yarışlarında isə gümüş medal qazanıb. Bununla da o, öz idman karyerasında ən yüksək nəticələri göstərməklə yanaşı, iki medalla Avstriya komandasının ən məhsuldar atleti olub.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL