Aktrisa Könül Nağıyeva estetik əməliyyatlara müsbət baxır.
Vətəninfo.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "Onlar" verilişinə açıqlamasında bəhs edib.
O, bu günə kimi heç bir estetik müdaxilə etdirmədiyini vurğulayıb:
"Plastik əməliyyatlara müsbət baxıram. Əgər ehtiyac varsa, niyə də etdirməyəsən ki? Bir insan görünüşündə nədənsə narazıdırsa, onu düzəltdirməyi normaldır. Bu günə kimi plastik əməliyyat etdirməmişəm. Çünki mən aktrisayam, üz cizgilərim önəmlidir. Botoks, estetik əməliyyat üzdəki təbii ifadələri yox edir. Aktrisa bu vasitələrdən nə qədər gec istifadə etsə, o qədər yaxşıdır. Bir də ən önəmlisi peşəkar bir cərraha müraciət etməkdir".
Formada qalmaq üçün idman edən K.Nağıyeva geyim tərzindən də söz açıb:
"Son bir-iki ildə bədən quruluşuma daha çox diqqət edirəm. 30 yaşdan sonra çəki artır. Pəhriz saxlayıram, idman edirəm. Hər şeyin qədəri olmalıdır. Düzdür, bütün günü acından ölmürəm, ciddi idmanla məşğul olmuram. Bacardığım qədər diqqət etməyə çalışıram. 22 yaşım olanda bütün günü hündürdaban ayaqqabıda gəzirdim. İndi isə yaşla bağlıdır, tez yoruluram. Ona görə də daha çox idman stilinə üstünlük verirəm".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL