"Gənc müğənnilərə kömək olmalıyıq"

"Gənc müğənnilərə kömək olmalıyıq"

 Milli.Az-a açıqlama verən N.Qafarzadə bildirib ki, Türkiyənin tanınmış müğənnisi Candan Erçetinin repertuarından sevilən "Yalan" adlı bəstəni tələbəsi Vüsal Əsgərovla birgə oxuyub:
"Yaradıcılığımda yeni mahnılar var. Bu yaxınlarda "Sarışınım" adlı bəstəni 6-8 ritmdə ifa etdim. Hazırda həmin bəstə aranjmandadır. Bundan əlavə, hazırda bütün diqqətimi Türkiyədə həyata keçirəcəyim layihəyə yönəltmişəm. Bu gün isə tələbəm Vüsalla birgə ifa etdiyim "Yalan" adlı mahnını təqdim edirəm. Düşünürəm ki, gənc müğənnilərə kömək olmaq lazımdır.
Əsas da səsi, istedadı olan ifaçılara. Səsi olmayan birinə dəstək olsaq da o, müəyyən yerə qədər gedə biləcək. Sənət olmayanda isə qalmaqal yaratmağa məcbur olacaq. Bu isə ucuz bir reklam sayılacaq. Amma Vüsal ilk gündən sənəti ilə öz sözünü deməyə can atıb. Mən bu sənətə gələndə mənə dəstək olan olmayıb. Amma mən məndən sonra gələnlərə yardımçı olacam. Bu dəstəyimdən quduranlar olsa, bu onların öz işi, mədəniyyəti olacaq. Əsası odur ki, balıq bilməsə də, xalıq biləcək. İstedadı olan gənclərə təmənnasız kömək edirəm. Vüsala dəstəyəm. “Azərbaycanın səsi” layihəsindən sonra onun yaradıcılığı ilə maraqlanıram. Bu yeni-yeni addımlarını atan ifaçı üçün çox vacibdir".

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az