İsrailin baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına sadiqliyini bildirib və Fələstin tərəfini danışıqların bərpasına çağırıb.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə salamnews “İnterfaks”a istinadla xəbər verir.
“Mən uzunmüddətli sülhün bərqərar olmasının yeganə yolu olan "iki dövlət - iki xalq konsepsiyası"na - yəhudi dövləti olan İsrailin tanıdığı, demilitarizasiya olmuş Fələstin dövlətinin yaradılması ideyasına sadiq qalıram.
Mənim fikrimcə, irəliləməyin yeganə yolu birbaşa danışıqlardır. Təəssüf ki, Fələstin hökuməti danışıqlar prosesindən çıxıb", - B.Netanyahu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib.
İsrailin hökumət başçısı almaniyalı nazirə xahişlə müraciət edib: ”Onlara danışıqlar masası arxasına qayıtmağın lazım olduğunu, ilkin şərtlər olmadan danışıqlar aparmalı olduqlarını söyləyin".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL