ABŞ-ın müdafiə naziri Eşton Karterin İraq ordusunun İŞİD-ə qarşı vuruşmaq istəmədiyini söyləməsi Bağdadın müdafiə və təhlükəszilik rəhbərləri tərəfindən narazılıqla qarşılanıb.
Vətəninfo.az ANS PRESS-ə istinadla məlumat verir ki, nazir CNN kanalına müsahibəsində bildirib ki, İraq ordusu Ramadi uğrunda döyüşdə İŞİD-dən sayca qat-qat çox olub.
O deyib: "İraq ordusunun Ramadidən geri çəkilməsi onun İŞİD silahlılarına qarşı döyüşmək istəmədiyini göstərir. Biz onlara təlim keçə, silah verə bilərik, amma döyüş istəyi verə bilmərik. İraq hökumətinə ABŞ-ın dəstəyi davam edəcək. Ümidvaram ki, İraq ordusunda döyüş iradəsi daha da güclənəcək."
ABŞ müdafiə nazirinin bu bəyanatı İraq rəsmiləri “qeyri-realist və əsassız” adlandırıblar. İraqın baş naziri Haydar əl-Abadi ABŞ müdafiə nazirinin müsahibəsindən təəccübləndiyini deyib. O vurğulayıb ki, Ramadi bir neçə gün ərzində geri qaytarılacaq.
Xatırladaq ki, hazırda İraq ordusu İŞİD-in qarşısını almaq üçün şiə silahlı dəstələrini ön plana çıxarıb. Həmin dəstələr ağır döyüşlərdən sonra Ramadinin şərq hissəsi olan Hüseybə ərazisini geri qaytarıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR