Yumorist Fərda Xudaverdiyev bu yay dincəlməyəcək.
Vətəninfo.az-ın məlumatına görə, axşam.az-a açıqlamasında aktyor rol aldığı yeni filmlərdən xəbər verib:
"İyulun sonuna kimi "Top kimi şou" yayımlanacaq. Daha sonra istirahətə yollanacağıq. Yeni mövsümdə isə studiya dizaynı və format dəyişiləcək. İyuldan isə İlham Qasımovun rejissorluğu ilə çəkilən yeni filmdə rol alacam. Komediya janrındadır, baş roldayam. Gözəl ssenaridir. Sentyabrdan isə "Gecə qonağı" adlı bir film nümayiş olunacaq. Kənan M.M. lentə alıb. Burada tam ciddi bir obrazdayam. Elməddin Cəfərovla lentə aldığımız "Xoxan"ın ikinci hissəsini də bu yay çəkəcəyik".
F.Xudaverdiyev bir müddət əvvəl bankla aralarında yaranan problemdən də danışıb:
"Problemi yoluna qoydum. Məndən asılı olmayan səbəblər var idi. Burada da tək döyüşdüm və həll etdim. Bankla problemim qalmayıb, borc ödəndi. 10 faiz qalıb. Onu da qaydasına qoyacam".
Qeyd edək ki, aktyorun satdığı bir avtomobilin krediti ilə bağlı bankla arasında problem yaranmışdı. Bankın borcu ödənmədiyi üçün F.Xudaverdiyev həbs olunma təhlükəsi ilə üzləşmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL