Azərbaycanın qərb bölgəsində dəhşətli, silsilə cinayət hadisələri baş verir.
“Vətəninfo.az”a Qərb bölgəsinin sakinlərinin verdiyi məlumata görə, bir neçə gündür ki, “Vəhabi” təriqətinə mənsub bir qrup şəxs gecələr tənha qadınların evlərinə daxil olur, onların döşlərini kəsir və işgəncə ilə öldürürlər. Məlumata görə, sonuncu belə hadisə dünən gecə baş verib. 1 qrup şəxs Daşkəsən rayonunun Xoşbulaq kəndində 3 tənha yaşayan qadının döşünü kəsərək qaçıblar. Əhali təşviş içindədir və gecələr yatmayaraq evlərin önündə növbə çəkirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyində iclas olduğu üçün rəsmilərin mövqeyini öyrənə bilmədik. Gün ərzində bu hadisə haqqında rəsmilərin də mövqeyini dərc edəcəyik.
Yenilənmə:
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin əməkdaşı polis mayoru Allahverdi Cəfərovun sözlərinə görə, vəhabilər qadınlara hücum edir və onları zorlayır: “Onlar qadınlara təcavüz edirlər. Elə belə də yazın”. /Merkez.az/
"Mən Mərkəz.az xəbər agentliyinə heç bir açıqlama verməmişəm"
Bu sözləri redaksiyamıza zəng edən Allahverdi Cəfərov bildirdi:
“Mən Mərkəz.az xəbər agentliyinə heç bir açıqlama verməmişəm. Mən polis işləmirəm və 5 ildir ki, Daşkəsənlə heç bir əlaqəm yoxdur. Mən hazırda Göygöl rayonunda yaşayıram” /veteninfo.az/
Könül İbrahim
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?