Tanınmış müğənni Rəqsanə İsmayılova "Bizimləsən” verilişində atası haqda danışıb.
VİZUAL.az BAKU.WS-ə istinadən xəbər verir ki, Zaurun "Siz neçə yaşınızda atılmışdınız" sualına müğənni belə cavab verib:
"Atam bizi atıb gedəndə mənim 3, bacımın 4 yaşı olub. Səbəb də Rusiyaya bizneslə məşğul olmağa getməsi idi. Sonra orada həbs olunub. 5 il cəza verilib. Həbsdən çıxandan sonra qayıtmadı. Anam bizə tək başına baxdı. Mən 35 ildən sonra atamın axtarışına çıxdım.
O yaşıma qədər ata üzü görməmişdim. Onun yaşadığı yerdə konsert verdim. Təyyarədə işçilərimə demədim ki, atam orada yaşayır. Konsertimə millət gəlmişdi. Atam məni görüb, qaçıb gizləndi. Onu görə bilmədim. Atamı axtaranda anamdan icazə aldım ki, "Sən inciməyəcəksən?”. razılıq verdi".
Rəqsanə atasının hazırda səhhətinin pis olduğunu deyib:
"Atamı əsəbimdən axtardım. Bir çətinliyə düşəndə, evdə arxalanacağımız bir kişi olmurdu. Atam bizi qəbul etməsə də, onunla oturub ən az 5 dəqiqəlik söhbət etmək arzusundayam. Eşitdim ki, ürəyindən əməliyyat olunub, vəziyyəti pisdir. İstədim yanına gedim, risk etmədim. Onu yenidən qəbul edib, saxlayaram da. Rus xanımla ailə qurub, iki övladı var. Deyir məni axtarmasınlar, ailəm dağılar”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL