Azərbaycan yığmasının sabiq futbolçusu Rəşad Abdullayevin AZAL-dan ayrılmasının səbəbi məlum olub. Vətəninfo.az Apasport.az-a istinadən xəbər verir ki, “təyyarəçilər”i tərk etməsi maliyyə məsələsi ilə bağlıdı.
Belə ki, maddi problemlə üzləşən AZAL Abdullayevin tələb etdiyi məbləği ödəməyə razı olmayıb. Bu səbəbdən karyerasının son illərinin yaşayan 34 yaşlı yarımmüdafiəçi komandasını dəyişərək, “Zirə”yə keçib.
Halbuki AZAL-ın baş məşqçisi Tərlan Əhmədov müsahibəsində həm Rəşad Abdullayevin, həm də “Zirə” ilə anlaşan digər futbolçu Kamal Bayramovun komandada qalacağını bildirmişdi. Görünür, tərəflər maliyyə məsələsində razılığa gələ bilmədikləri üçün Rəşad müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
“İnter” və “Simurq”un ardınca maliyyə böhranı ilə üzləşən AZAL-dan daha bir neçə futbolçunun ayrılacağı gözlənilir. Paytaxt klubunda 3 aya yaxındı maaşlar verilmir. Belə olan halda, AZAL-ın növbəti mövsümdə iddiasını artıracağı ilə bağlı verilən vədlər inandırıcı görünmür.
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının 2014/15 mövsümünü 6-cı pillədə başa vurub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL