Rio-2016: Bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq

Rio-2016: Bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq
3 idmançımız turnirdə debüt edəcəkləri halda, digər 3 atletimiz mübarizəni davam etdirəcək.

"Rio-2016” Yay Olimpiya Oyunlarının VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq.

Bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda, digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.

Rio–2016 VI gün

Cədvəl:

Cüdo

Məmmədəli Mehdiyev (90 kq), 1/16 final, saat: 17:56, rəqib: Denis Kirill (Rusiya)

Üzgüçülük

100 metr sərbəst

Fatimə Alkərəmova, təsnifat mərhələsi, saat: 20:17
 
200 metr arxasıüstə

Boris Kirilov, təsnifat mərhələsi, saat: 20:40 

Kanoe Slalom

Yuri Meqliç (K 1), yarımfinal, saat: 20:30

Boks

Abdulqadir Abdullayev (91 kq), 1/4 final, saat: 20:45, rəqib: Rüstəm Tulaqanov (Özbəkistan)

İdman gimnastikası

Oleq Stepko (Çoxnövçülük), final, saat: 23:00

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az