ABŞ Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən Pentaqonun Suriyada hava məkanının təhlükəsizliyinin təminatına dair təklifə rəsmi cavab alıb.
Lenta.ru xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk bildirib.
Tərəflərin hərbi uçuşlar zamanı münaqişəli vəziyyətlərdən qaçınmaq üçün fəaliyyəti müzakirə edəcəkləri gözlənilir.
"Pentaqonda Rusiyanın cavabını öyrənirlər, danışıqlar çox güman ki, istirahət günlərindən gec olmayaraq keçiriləcək”, - Kuk dəqiqləşdirib.
Pentaqon oktyabrın 6-da Moskvanı Suriyanın hava məkanında qarşılıqlı fəaliyyətinin razılaşdırılmasına dair göndərilən sorğuya təcili cavab verməyə çağırıb. Həmin gün Rusiyanın Müdafiə naziri İŞİD ilə mübarizə üzrə Beynəlxalq koalisiyaya daxil olan ölkələrin hərbi attaşelərinə Suriyada yaraqlıların yerləşdiyi rayonlar barədə kəşfiyyat məlumatlarını təqdim etməyi təklif edib. Amma Vaşinqtonda bu ideyaya skeptik yanaşıblar. (oxu.az)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL