Rusiya Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin daşınmasını dayandırdı
Rusiyanın "Transneft” şirkəti Azərbaycanda baş verən zəlzələ üzündən Bakı- Novrossiysk kəməri ilə neft daşınmasını dayandırıb.
Bu barədə jurnalistlərə açıqlamasında şirkət nümayəndəsi İroq Demin bildirib.
"Episentri Azərbaycanın İsmayıllı rayonunda olan 6,5 ballıq zəlzələnin nəticələri ilə bağlı Bakı-Novorossiysk magistral neft kəmərinin yoxlanılması gedir. Daşınma dayandırılıb” – o, belə deyib.
Xatırladaq ki, 2016-cı ilin fevralında "Transneft” və SOCAR Bakı-Novorossiysk kəməri ilə neft daşınması ilə bağlı yeni müqavilə imzalamışdılar. Daşınmanın miqdarı 1,3 milyon tondur.
Miq.az