Vətəninfo.az məlumat verir ki, APA-nın "112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Kiyevdə mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Rusiyanın separatçılara dəstək göstərməsi təkcə bir mənbədən deyil, müxtəlif kəşfiyyat mənbələri vasitəsilə də öz təsdiqini tapıb: "Bu gün burada eşitdiklərim bir daha Rusiya hərbçilərinin Ukraynanın şərqində mövcudluğuna dair məlumatları təsdiqləyir. Mən Rusiyanı Ukraynanın şərqindən qoşunlarını çəkməyə və Minsk razılaşmalarını tam yerinə yetirməyə çağırıram”.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının iclasında iştirak edib. Ukrayna prezidenti Pyotr Poroşenko qapalı iclasda Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyən sənədlərin təqdim ediləcəyini bildirmişdi.
Xatırladaq ki, Ukrayna rəsmi mənbələri Donbasda 9 minə yaxın Rusiya
əsgərinin olduğunu iddia etsə də, Rusiya tərəfi bunu təsdiqləmir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL