Vətəninfo.az xəbər verir ki, Rusiya və Ukrayna ölkənin şərqində rusiyapərətst separatistlər və hökumət qüvvələri arasında gedən münaqişəyə baxmayaraq mart ayının sonundan rus qazının nəqlinə dair razılıq əldə edib.
Bazar ertəsi günü əldə edilən razılığa əsasən hər iki ölkə bu ayın sonunda müddəti başa çatacaq Rusiya təbii qazının Ukraynaya nəqli razılaşmasını davam etdirilməsinə qərar verib. Hər iki tərəf daha əvvəl Avropa İttifaqına qaz nəqlinə təhlükə yaradacaq müqaviləni ləğv edəcəkləri ilə bir-birini təhdid edirdi.
Danışıqlara rəhbərlik edən Avropa Şurasının vitse-prezidenti Maros Sefkovik bildirib ki, ona Avropa İttifaqına qaz nəqlinin davam edəcəyilə bağlı təminat verilib.
Tərəflər Ukraynanın üsyançıların nəzarətində olan əraziyə qaz nəqli üçün heç bir ödəniş edilməyəcəyi barədə də razılıq əldə edib.
Rusiyanın təbii qaz şirkəti Qazprom 2006, 2009 və 2014-cü illərdə qiymət münaqişəsinə görə Ukraynaya qaz nəqlini dayandıraraq şərqi Avropanın bir hissəsini soyuqda qoymuş və daha sonra bir neçə həftə ərzində yenidən bərpa etmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR