Rusiyanın Həştərxan vilayətinin Kamızyak Rayon Məhkəməsində 3 Azərbaycan vətəndaşına hökm oxunub.
Vətəninfo.az xəbər verir ki, APA-nın “astrakhan-24.ru” saytına istinadən verdiyi məlumata görə, onlar xüsusilə qiymətli su-bioloji ehtiyatların qanunsuz ovlanmasında günahkar sayılıb.
2014-cü ilin yazında azərbaycanlılar “Bayda” tipli kiçik gəmi ilə Xəzərin şimal hissəsinə gedərək ümumi uzunluğu 1408 metr olan 14 tor qurublar. Torlar sudan çıxarılarkən nərəkimilər növündən olan 486 balıq aşkarlanıb. Azərbaycan vətəndaşları bu qanunsuz fəaliyyətlə Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.
Qrupun təşkilatçısı 5,6 il azadlıqdan məhrum edilib. Digər hüquq pozucuları isə cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət aləti dövlətin xeyrinə müsadirə olunub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL