Rusiyanın Çelyabinsk şəhərinin 1 saylı istintaq təcridxanasında məhbuslar qiyam qaldırıb.
Vətəninfo.az-ın məlumatına görə, üzərində mobil telefon aşkarlanmış şəxs Cəzaların icrasına nəzarət xidməti əməkdaşlarının tələblərinə məhəl qoymayaraq kameradan çıxmayıb. Əksinə digər kameradakı dustaqları etiraza səsələyib. Bir müddət sonra isə həmin dustaqdan xəbər çıxmadığını görən digər məhbuslar, dəhlizə su tökməyə, kameraların qapısını döyməyə və döşəkləri yandırmağa başlayıblar.
Nəzarət xidmətinin məlumatına görə, 30 kamerada saxlanılan 100-dək məhbus itaətsizlik aksiyasına qoşulub. Onlardan 8 nəfəri özlərinə yüngül bədən xəsarəti yetirib.
“Hamıya təcili tibbi yardım göstərilib. Məhbuslara qarşı xüsusi vasitələr və fiziki güc tətbiq edilməyib”, - cəzaların icrasına nəzarət xidmətinin məlumatında deyilir.
Hadisədən sonra təcridxana ərazisi polis tərəfindən mühasirəyə alınıb.
Hüquq müdafiəçilərinə əsasən, narazılıq ötən həftə, məhbuslara yemək və dərmanın verilməsinin və kameraların isidilməsinin dayandırılmasından sonra başlayıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, bazar günü təcridxanada kriminal aləmdəki statuslarını qorumağa çalışan iki qrup məhbus arasında dava düşüb.
Rəsmilər bu məlumatları təkzib etsə də, cəzaların icrasına nəzarət xidməti qəza nəticəsində kameraların qızdırılmasının bir neçə saat ərzində kəsildiyini etiraf edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR