Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir.
Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir. 150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 «Nona» özüyeriyən “haubitsalar”, MT-12 «Rapira» tank əleyhinə toplar, həmçinin «Metis» və «Faqot» tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur.
Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur.
Qeyd edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR