Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili çoxsaylı ittihamlar üzrə məhkəmə qarşısına çıxmaq üçün Gürcüstana getməyə hazırlaşmadığını bəyan edib.
Vətəninfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Saakaşvili BBC-yə verdiyi müsahibəsində bildirib.
Saakaşvilinin fikrincə, Gürcüstanda ona qarşı irəli sürülmüş ittihamların heç biri heç kim tərəfindən ciddi qəbul edilmir.
"Mən bunu etməyə hazırlaşmıram və ən əvvəl ona görə ki, ATƏT-in məlumatına əsasən Gürcüstanda istintaq altında olanların hüquqları pozulur. Orada həbsxanalarda mənim administrasiyamın üzvləri oturub, hər biri də il yarımdır ki, ordadır, halbuki, qanuna müvafiq olaraq istintaq altında olanların həbs cəzası 9 aydan yuxarı olmamalıdır”, - Saakaşvili bəyan edib.
Arqument qismində isə Saakaşvili onun hakimiyyəti dövründə Gürcüstanın biznes aparmaq üçün rahat ölkələr siyahısında 137-ci yerdən onun yardımı ilə 8-ci yerə qədər çıxarılmasını göstərir.
Siyasətçi həmçinin əlavə edib ki, onun Ukraynada o qədər işi var ki, Gürcüstan haqqında düşünməyə zamanı yoxdur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL