Sabah keçiriləcək "Qarabağ” - "Anderlext” qarşılaşması ilə əlaqədər Bakı Metropoliteni gecə saat birə qədər işləyəcək.
Vətəninfo.az-ın "Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, "Qarabağ” komandasının sabah "Anderlext” klubu ilə keçirəcəyi oyunun gecə saat 12-də bitəcəyi üçün klub metronun bağlanış saatının artırılması ilə bağlı Bakı Metropoliteninə müraciət edib: "Bakı Metropoliteni də onların xahişini nəzərə alaraq metronun saat 1-ə qədər işləməsinə qərar verib.
Amma futbolseverlər nəzərə almalıdır ki, "Gənclik” metrostansiyası Tofiq Bəhramov adına stadiona yaxın olduğu üçün orada sıxlıq olacaq. Ona görə də təhlükəsizlik tədbirləri ilə əlaqədar biz sərnişinləri metroya hissə-hissə buraxacağıq. Ona görə də sərnişinlərdən xahiş edirik ki, onlar "Gənclik” metro stansiyasına yaxın olan "28 May” və " Nəriman Nərimanov” stansiyalarından da istifadə etsinlər”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL