Vətəninfo.az xəbər verir ki, Masallı rayonu, Gəyəçöl bələdiyyə sədri vəhşicəsinə döyülüb. Bu barədə Axar.az-a məlumat verən hadisə şahidlərinin sözlərinə görə, dava topraq üstündə düşüb. Bələdiyyə sədri Bəybala Əsədov Rusiya vətəndaşı olan İlham adlı şəxsin zorakılığı ilə üzləşib. Torpaq üstündə düşən mübahisə bir qədər sonra davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hazırda xəstəxanada ağır vəziyyətdə olduğu deyilir. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham adlı şəxs Gəyəçöl kəndində şadlıq evinin sahibidir.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev Axar.az-a açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləyib. Xəstəxananın Travmatologiya şöbəsindən isə bildirilib ki, bələdiyyə sədrinin vəziyyəti nisbətən yaxşılaşıb: “Onun üz nahiyəsində zərbənin xəsarətləri vardı. İlk gətirilən gün vəziyyəti həddən artıq ağır idi. İndi özünü yaxşı hiss edir, hərəkət edə bilir”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR