Monako şahzadəsi Charlene dünyaya əkiz körpələr gətirib.
Vətəninfo.az xəbər verir ki, saraydan verilən açıqlamada onların adının Gabriella və Jacques olduğu bildirilib.
Şahzadə Jacques Fransanın cənub sahilində yerləşən zəngin Monako knyazlığında taxta növbəti namizəddir.
Qeyd olunur ki, hər iki körpə sağlamdır. İlk olaraq Gabriella dünyaya gəlib, ardından iki dəqiqə sonra isə Jacques doğulub.
Onların atası 56 yaşlı Şahzadə Albert II, mərhum Hollivud aktrisası Grace Kelly-nin oğludur. 36 yaşlı Charlene isə Zimbabve doğumlu keçmiş Olimpiya üzgüçüsüdür.
Cütlük 2011-ci ildə evlənib.
Şahzadənin iki ayrı övladı da var, lakin onlar nikahdan kənar doğulduğu üçün taxtdan kənar qalacaq.
Doğuşdan öncə Şahzadə Albert bildirmişdi ki, əgər əkizlər eyni cinsdən olarsa, dünyaya gələcək ilk körpə taxta namizəd olacaq.
Lakin əkizlər fərqli cinsdən olduğu üçün, Monako varislik qanunlarına uyğun olaraq, kişi cinsinə məxsus Jacques taxta növbəti namizəddir.
Charlene hamilə olarkən, əkizlərin cinsiyyəti hətta atalarından belə gizlin saxlanılıb.
Körpələrin dünyaya gəlişini qeyd etmək üçün 42 yaylım atəşi açılıb, hər körpəyə 21 atəş həsr olunub.
13-cü əsrdə əsası qoyulmuş Monako kral ailəsində ilk dəfədir ki, əkizlər dünyaya gəlir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR