Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, Sakit okeanda əmələ gələrək Gündoğar ölkədə "21 nömrəli” adını alan "Ducuan” tufanı ölkənin cənub-şərq sahillərinə yaxınlaşır.
Tufanın mərkəzində təzyiq 996 hektopaskala, küləyin sürəti isə saniyədə 18 metrə çatır. Tufanın ölkənin şərq sahillərinə qarşıdakı istirahət günlərində çatacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, sentyabrın əvvəllərində "Etau” və "Kilo” tufanlarının gətirdiyi leysan yağışlar nəticəsində Yaponiyada 7 nəfər həlak olmuş, 40 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. İbaraki prefekturasında Kinuqava çayının daşması Zyoco şəhərini su altında qoymuşdu. On iki mindən artıq evi, 40 kvadratkilometr ərazini su basmışdı.
Ertəsi gün şimala doğru hərəkət edən atmosfer təzyiqi Miyaqi prefekturasında güclü yağışa səbəb olmuş, burada çayın daşması nəticəsində Osaki şəhəri su altında qalmışdı. Həmin vaxt leysan yağışların 24 prefekturaya vurduğu ziyanın məbləği 7,33 milyard yen (61,35 milyon dollar) təşkil etmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL