Şamaxı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ramik Məmmədovun idarə etdiyi avtomobil yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlər, Qəbələ sakinləri 1966- cı il təvəllüdlü Leyla Ağayeva, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Ədalət Bağırov müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı ağır bədən xəsarəti alan 1973-cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərin sözlərinə görə hadisəyə səbəb sürücünün sükan arxasında qəflətən yuxuya getməsi olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL