Paytaxtın Moskva prospektində, "Şamaxı yolu” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.
Azəryolservis ASC-dənVizual.az-a verilən məlumata görə, parkinqin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün həyata keçirilib.
Bu qərar Azəryolservis ASC və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə razılaşdırılıb. Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb.
Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibi də tapılandan sonra əraziyə giriş Azəryolservis ASC tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq.
Hələliksə parkinqə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb. Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub.
Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzərində deyil, həmçinin yol ötürücülərinin alt hissəsində də mövcuddur.
Bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Bu üzdən həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL