Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan şəxslərlə təklikdə görüşüb, onların saxlanılma şəraitini araşdırıblar. Ombudman Aparatından “Vətəninfo”ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, burada saxlanılan 7 nəfər barəsində Bakı şəhərinin ayrı-ayrı rayonlarında 8 aprel mitinqinə çağırış vərəqləri paylayarkən polisin qanuni tələblərinə tabe olmamaq səbəbindən inzibati qaydada həbs seçilib. Saxlanılanlardan Fərzəliyev Teymur Pənah oğlu və Qafarov Qabil Əzim oğlu barələrində seçilmiş inzibati həbs müddətinin bitməsi ilə əlaqədar bu gün sərbəst buraxılacaqlar. Ümumilikdə saxlanılanlarb saxlanılma şəraiti və məntəqə əməkdaşlarının rəftarından şikayət etməqişlər. Eyni zamanda, saxlanılanlar hər hansı pozuntuya yol vermədiklərini, onlardan ikisi isə ilkin tutulma zamanı polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiklərini bildiriblər. Müvəkkil məsələlərin araşdırılması, müvafiq tədbirlər görülməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması və nəticəsi barədə ona məlumat verilməsi məqsədi ilə Daxili İşlər nazirinə müraciət edib.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR