Biz yalnız SAB şirkətinə halallıqla bağlı zəmanət vermişik. İdarə tərəfindən bu şirkətdən başqa heç bir firmaya halallıq verilməyib.
Vizual.az xəbər verir ki, bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
O, "Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərində biabırçı reklam şəkli ilə bağlı bildirib ki, məsələdən xəbərsizdir.
QMİ sözçüsü qeyd edib ki, qeyri-etik reklam fotosu ilə bağlı onlara məlumat daxil olmayıb.
QMİ-nin nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli faktla bağlı komissiya tərəfindən araşdırma aparılacağını demişdi.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirmişdi ki, şirkətin qeyri-etik şəkil yerləşdirməsi yolverilməz haldır.
Xatırladaq ki, sosiska məhsullarının üz qabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.
Bu fotonun yayılmasından sonra sosial şəbəkələrdə müzakirələr başlanıb və şirkətin bu əxlaqsız reklamına etiraz olunub.
Uşaq sosiskalarının üzərinə reklam üçün belə bir eybəcər şəklin qoyulması, əxlaqsız fikrin təlqin olunması pislənilib.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL