Tikinti kooperativinin rəhbəri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Vizual.az-a verilən məlumata görə, Bakı şəhər sakininin "198” saylı Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı kooperativin direktoru Rəşad Camalovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi vəsair nemətlər əldə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 55 saylı ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzilin satışının rəsmiləşdirilməsi üçün ondan kooperativin işçisi Tural İsayev vasitəsi ilə 2 min manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL