SOCAR-ın "zapravka"sına basqın edildi

SOCAR-ın

Gürcüstan DİN iyulun 31-nə keçən gecə Tiflisdə Moskva prospektində (Tiflis ətrafı) SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmasını təsdiqləyib.

Vətəninfo.az-ın məlumatına görə, Oxu.az "Sputnik-Georgia”ya istinadən xəbər verir ki, naməlum şəxs soyuq silahla hədə-qorxu gələrək, mağazadan 800-900 arası lari (350-390 dollar) çıxarıb.

"Hadisə gecə baş verib. Təfərrüatlar dəqiqləşdirilmir”, - DİN mətbuat xidmətinin əməkdaşı jurnalistlərə bildirib.

İstintaq "qarət” maddəsi üzrə aparılır, bu maddəyə görə beş ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az