Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 91 yaşında dünyasını dəyişib
İyunun 17-də, yerli vaxtla 02:05-də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.
"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik", açıqlamada deyilir.
Allah rəhmət eləsin!
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL