Sumqayıt Texnologiya Parkının (STP) rəhbərliyi öz əməkdaşlarını haqqı ödənilməyən məcburi məzuniyyətə göndərməyə hazırlaşır.
VİZUAL.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına STP əməkdaşları verib.
Onların sözlərinə görə, bir müddətdir ki, müəssisədə maliyyə problemləri yaşanmağa başlayıb, maaşların gecikdirilməsi artıq xroniki hal alıb: "İndi noyabr ayıdır. Bizsə sonuncu dəfə avqust ayında maaş almışıq. Onda da məvaciblərin hamısı verilməyib”.
Məlumata görə, STP rəhbərliyi ştat üzrə işçilərin müəyyən hissəsini çoxdan ixtisara salıb. Amma bu da yerdə qalan işçilərin problemlərinin həllinə kömək etməyib.
Virtualaz.org saytının müxbiri bu deyilənlərə aydınlıq gətirmək üçün STP-nin ictimaiyyətlə əlaqələr mərkəzi ilə əlaqə saxlayıb.
Qurumun əməkdaşı Mehman İsgəndərov bildirib ki, işçilərin söylədikləri barədə rəsmi məlumata malik deyil: "Yalnız onu deyə bilərəm ki, müəssisə heç kimi məcburi məzuniyyətə göndərməyəcək. Ölkədə iqtisadi böhran müşahidə olunur. Ona görə də bazarda da tələbat azalıb. STP-da elə sahələr var ki, orada istehsal səviyyəsinin aşağı düşməsi bəzi ixtisaslara ehtiyacı aradan qaldırıb. Ona görə də bəzi işçilərlə əmək müqaviləsinin müddəti uzadılmayacaq”.
Bununla belə M.İsgəndərov məhz hansı işçilərlə əmək müqaviləsinin uzadılmayacağını dəqiqləşdirmədi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL