Sumqayıtda daha bir FACİƏ - Yol kənarında dayanan 4 nəfəri maşın vurdu, 3-ü öldü
Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Vətəninfo.az-ın
APA-ya istinadən verdiyi məlumata görə, magistralın 48-ci km-də,
Azərbaycanın Sumqayıt şəhəri ərazisində "Hyundai” markalı avtomaşın yolu
kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə
xəsarət alıb. "Hyundai”-ın sürücüsü də xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.