Gürcüstan azərbaycanlıları Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Vətəninfo.az”a verilən məlumata əsasən, Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Gürcüstanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcək. Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin bir sıra gənclər təşkilatları ilə birgə Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir təşkil edəcək. Tədbirdə Şuşanın tarixini, şəhərdə yerləşən mədəni abidələr, təbii resurslar haqqında geniş məlumat veriləcək, Şuşanın işğalına həsr olunmuş video-çarxlar, bukletlər, kitablar, foto və rəsm əsərləri nümayiş olunacaq.
Tədbirdə Gürcüstanın dövlət rəsmiləri, gürcü və azərbaycanlı ziyalılarının, gənclərinin və ictimaiyyət nümayəndələrinin, KİV-in iştirakı gözlənilir. Tədbirdə Şuşada, eləcə də işğal olunmuş ərazilərdə tarixi-memarlıq və mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətin qəbul olunması da nəzərdə tutulur.
Mirvari Nəcəf
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA