Koreya Respublikasının Çunçeon şəhərində "Korea Open” beynəlxalq turniri keçirilir. G2 kateqoriyalı beynəlxalq turnirdə taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası da təmsil olunur. Millimiz hazırda Koreya Respublikasındadır.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, yarışda reytinq xalları uğrunda 12 idmançımız mübarizəyə qoşulacaq. Məşqçi heyəti turnirə kişi taekvondoçulardan Xanruh Fətullayev (-58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Herçəqanı (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsayevə (+87 kq), qadın idmançılardan isə Təranə Məmmədova (- 46 kq), Partimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq) və Daria Şkurkoya (-62 kq) şans verib.
Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, qadınların baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə yarışda mübarizə aparan komandamız iyulun 28-də Vətənə qayıdacaq.
Lakin qadınlardan ibarət millimiz turnir başa çatandan sonra təlim-məşq toplanışını Koreya Respublikasında davam etdirəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL