Strasburqda keçirilən yeniyetmə taekvondoçular arasında Avropa çempionatının ilk günü Azərbaycanın yığma komandası üçün uğurlu olub.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, yarışın ilk günündə millimizin üzvlərindən mübarizəyə başlayan Bəhruz Quluzadə (37 kq) qızıl, Sevda Pirseyidova (-37 kq) gümüş, Ziya Xəlilov (-41 kq) isə bürünc medallara layiq görülüb.
Bəhruz Quluzadə finalda ukraynalı rəqibi Boqdan Tixonovu 8:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Sevda Pirseyidova isə həlledici görüşdə türkiyəli Melek Polata 4:14 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa vurub. Ziya Xəlilov isə yarımfinalda belaruslu rəqibi Aleksey Liaukouya məğlub olaraq bürünc medalla kifayətlənməli olub.
Azərbaycan Avropa çempionatında ümumilikdə 18 taekvondoçu ilə təmsil olunur.
Milli komandamız iyulun 5-dək keçiriləcək yarışa baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə qatılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL