Təmsilçilərimiz finalda

Təmsilçilərimiz finalda
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya seçmə yürüşündə uğurla çıxış edib.
 
Axar.az xəbər verir ki, idmançımızın seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.
 
Məsafəni 1 dəqiqə 51.750 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
 
Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya yarımfinalda da uğurla çıxış edib.
 
Sloveniyalı Spela Ponomarenko Yaniç, Böyük Britaniya təmsilçisi Raçel Kavtorn, Bridcit Hartley (Cənubi Afrika Respublikası), kanadalı Emile Fournel, portuqaliyalı Tereza Portela və almaniyalı Fransiska Veberə qarşı yarışan kayakçımız məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala yüksəlib.

***
 
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı Valentin Demyanenko yarımfinala yüksəlib.
 
Valentin Demyanenko seçmə yürüşdə bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, "Bakı 2015” birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardiyə qarşı yarışıb.
 
Məsafəni 39,749 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.

Azərbaycan idmançısı Valentin Demyanenko yarımfinalda almaniyalı Stefan Kiraj, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Helder Silva, macarıstanlı Conatan Haydu, Yuri Çeban (Ukrayna) və Kanada avarçəkəni Mark Olderşava qarşı yarışıb.
 
Yarımfinalda məsafəni 40.298 saniyəyə qət edən idmançımız finala yüksəlib.
 
Final yürüşü avqustun 18-də keçiriləcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az