"Türkiyə Hava Yolları"na məxsus "Boeing 777-300ER" tipli sərnişin təyyarəsi Danimarkada təcili enməyə məcbur olub.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, ötən gün İstanbul-Nyu-York səfərini həyata keçirərkən təyyarənin Kopenhagendə təcili enməsinə səbəb oturacaqların birinin altında partlayıcı qurğuya oxşar əşyanın yerləşdirilməsi olub.
Yerli polis bildirib ki, ekipaj üzvləri təyyarənin içində heç kimə aid olmayan şübhəli çantanın aşkar edilməsindən sonra hava gəmisini yerə endirmək qərarına gəlib.
Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, sahibsiz kiçik çanta sərnişinlərin əyləşdiyi yerdə tapılıb və ekipaj üzvləri Kopenhagen aeroportu ilə əlaqə saxlamağa qərar verib və təcili eniş etmək üçün icazə istəyib.
"Ulduz" adlı təyyarə Türkiyə vaxtı ilə saat 16.45-də məcburi olaraq Kopenhagenə enib. Sərnişinlər və ekipaj üzvləri təxliyyə edildikdən sonra mütəxəssislər partlayıcı qurğunun olub-olmamsı barədə təyyarədə yoxlama aparıblar.
Sərnişinlərin azad edilməsi və ətrafda təhlükəsizlik tədbirləri alınmasından sonra yoxlama zamanı məlum olub ki, oturacağın altında qoyulan əşya fotoaparatdır və qorxulu heç nə yoxdur. Beləliklə, təyyarə 4 saatlıq gecikmədən sonra saat 20:45-də Kopenhagen hava limanından yenidən Nyu-Yorka doğru hərəkət edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL