Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın barəsində həbs qətimkan tədbiri seçilib.
Vətəninfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən məlumatına görə, Biləsuvar və Cəlilabad rayon sakinlərinin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində X.Ağayevanın Masallı rayon sakinindən bacısına əlillik dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin pulun 500 manatını cari ilin martın 13-də 30 saylı TSEK-in Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
X. Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılan sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR