Toy karvanında qəza: Yaralılar var

Toy karvanında qəza: Yaralılar var
Hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hunday" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub.
Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı bəy xəsarət almasa da, sürücü - 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü.
Fakta bağlı araşdırmalara başlanılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az